Xəbərlər

26 İyun 2022
Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edirik!

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı. AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Niyə
Qafqaz Park?

Parkımız hər bir sürücü, sahibkar ilə müqavilə bağlayır və müqavilənin şərtlərinə sadiq qalaraq öhdəliklərini vaxtı-vaxtında, gecikmədən dürüst şəkildə icrasına zəmanət verir. Sizi düşünərək ödənişləri günün istənilən saatında (7/24) edə bilirik. Bizimlə əməkdaşlıq etməklə siz güvənli və peşəkar xidmətlə yanaşı, həm də gələcək işlərinizin düzgün formalaşdırılmasında sizə kömək olacaq təcrübəli partnyor qazanmış olursunuz.